Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsi təklif olunub.
Senzor.az bildirir ki, bununla bağlı parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev danışıb.
O qeyd edib ki, bununla əlaqədar qanun layihəsi qəbul oluna bilər: “Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”.