Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözləyirəm.
Senzor.az bildirir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deyib.
“Prezident Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söylədi. Buna görə bunu gözləməliyik, amma bu müharibəni bitirməliyik”, - Tramp qeyd edib.
Tramp Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və bir daha təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu, baş verməzdi.