AZAL-ın prezidenti Samir Rzayev Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin dronla vurulub-vurulmaması məsələsindən danışıb.
Senzor.az-ın məlumatına görə, S.Rzayev hələ bu kimi iddialarla bağlı konkret fikir bildirməyin mümkün olmadığını söyləyib.
“Hələ heç bir iddia ilə bağlı konkret söz demək mümkün deyil. Hələ ki müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, - deyə AZAL-ın prezidenti əlavə edib.