Qazaxıtan Prezidenti təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - HÖKUMƏTƏ TAPŞIRIQ VERDİ
FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı müşavirə keçirib.

 

Senzor.az bildirir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

 

Prezident həlak olanların ailələrinə və yaxınlarına bir daha başsağlığı verib. O, bir neçə gün bundan əvvəl Mangistau vilayətində təyyarə qəzası nəticəsində həlak olanlar arasında Qazaxıstan vətəndaşlarının da olduğunu xatırladıb.

 

Tokayev qəza zamanı təcili yardım xidmətlərinin əlaqəli və operativ şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.

 

"Biz qəzanın daha ciddi nəticələrinin qarşısını ala və çox sayda insan həyatını xilas edə bildik. Xilasetmə işləri yüksək səviyyədə aparılıb. İctimaiyyətə hadisə barədə hərtərəfli məlumat vaxtında verilib. Vətəndaşlarımız həmrəylik, səmimi mərhəmət və mütəşəkkillik nümayiş etdirərək zərərçəkənlərə ilk dəqiqələrdən yardım əli uzadıblar. İnsanlar qan vermək üçün növbəyə durublar.

 

Bir çox həmvətənlərimiz Azərbaycan səfirliyinin binası qarşısına gül dəstələri qoyublar. Bu reaksiya həm yerli, həm də xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Bütün dünya xilasedicilərimizin, həkimlərimizin və könüllülərimizin fədakar işinin şahidi olub. Qonşu dost ölkələrin - Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşları xüsusi təşəkkürlərini bildirirlər", - Qazaxıstan Prezidenti qeyd edib.

 

O, hökumətə təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən vətəndaşların dövlət mükafatlarına təqdim edilməsi barədə tapşırıq verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.