Tokayev təyyarə qəzası ilə bağlı Putinlə danışdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

“Akorda”nın yaydığı məlumata görə, dövlət başçıları Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının faciəli şəkildə həlak olması ilə əlaqədar bir-birinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıblar.

 

Tokayev və Putin qəzanın səbəblərini müəyyən etmək üçün tərəflərin gördüyü işləri müzakirə ediblər. Tokayev bildirib ki, Qazaxıstanın Hökumət Komissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssislərin iştirakı ilə araşdırma aparır.

 

Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini vurğulayıblar.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.