Gürcüstan Prezidenti: Daha ağıllı və praqmatik addımlara ehtiyacımız var

Gürcüstan Prezidenti Mixail Kavelaşvili ölkənin daxili və xarici siyasətində prioritet istiqamətləri açıqlayıb.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Prezidentin bəyanatında vurğulanıb ki, hazırkı beynəlxalq gərginlik şəraitində Gürcüstan daha ağıllı və praqmatik qərarlar qəbul etməlidir.

 

O, ölkənin əldə etdiyi uğurlara diqqət çəkərək qeyd edib ki, Gürcüstan son illər ərzində müxtəlif sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edib.

 

"Gürcüstan regionda sülh və sabitliyin təmin olunması üçün Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığını gücləndirir. Ölkə Avropa İttifaqına üzvlüyə doğru irəliləyir. Lakin avrointeqrasiya prosesi bəzi dairələr tərəfindən manipulyasiya obyektinə çevrilib. Buna baxmayaraq, Gürcüstan bu istiqamətdə mövqeyini dəyişməyəcək", - Prezident vurğulayıb.

 

“Birlikdə Gürcüstanın təhlükəsizliyini, sülhü, sabitliyi və iqtisadi rifahı təmin edəcəyik”, - deyə M.Kavelaşvili fikrini tamamlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.