Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Yeni ili ölkə parlamentinin qarşısında qeyd etmək qərarına gələn minlərlə etirazçıya qoşulub.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 22:00-da etirazçılar parlament binasının qarşısına toplaşıblar. İnsanlar ləzzətli yeməklər, eləcə də xeyriyyə bağlamaları ilə gəlməyə təşviq edilir. Kasıblar üçün humanitar yardımın toplanması planlaşdırılır.
Gecə yarısı isə onlara Zurabişvili də qoşulub.
Aksiya dinc şəraitdə keçir.
Qeyd edək ki, dekabrın 29-da S.Zurabişvilinin səlahiyyət müddəti bitib. Onu bu postda Mixail Kavelaşvili əvəz edib.