Bu sosial ödənişlərin minimum həddi də artdı

Bu gündən Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat olur.

 

Senzor.az bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq qanunlarda öz əksini tapıb.

 

“Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarı haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunlara əsasən, hər iki sosial ödənişin məbləği 270 manatdan 285 manata qaldırılır.

 

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.

 

Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.