Ukrayna kəşfiyyatçıları "Hazard" pilotsuz uçuş sistemi əldə ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin döyüşçüləri Amerikanın “Help Heroes of Ukraine” xeyriyyə təşkilatından Yeni il hədiyyələri – unikal "Hazard" pilotsuz uçuş sistemi və HMMVV avtomobili alıblar",- məlumatda deyilir.
Qeyd olunur ki, "Hazard" kompleksi "War Hawk" şirkəti tərəfindən hazırlanıb və ona on ədəd kamikadze dron, buraxılış avadanlığı və idarəetmə paneli daxildir: "Dronun dizaynı kompozit materiallardan hazırlanıb ki, bu da onun düşmənin elektron müharibə sistemləri üçün görünməz qalmasına imkan verir. Dronun havada səssiz işləməsi onun maksimum gizli qalmasını təmin edir".