Rusiyada polis miqrantların evlərinə maneəsiz daxil ola biləcək
YENİ QAYDALARIN DETALLARI

Rusiyada mart ayından etibarən polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.

 

TASS-ın verdiyi məlumata görə, müvafiq normalar martın 5-də qüvvəyə minəcək qanunda təsbit edilib.

 

Bundan əlavə, polis əməkdaşları Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından zəruri məlumat və sənədləri, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri tələb etmək hüququna malik olacaqlar. Banklar da deportasiya rejimində olan miqrantların hesablarının mövcudluğu və nömrələri, həmçinin bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə məlumat verməyə borclu olacaqlar.

 

Yeni qanun Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına deportasiya rejiminə düşən əcnəbiləri, o cümlədən texniki vasitələrdən istifadə etməklə müşahidə etmək imkanı verir. Bu həm fiziki, həm də hüquqi şəxslərə, belə miqrantların Rusiya ərazisində qalmasına kömək edənlərə aiddir. Polis mobil cihazların məlumatlarından, geolokasiyadan, ödəniş sistemlərindən və üztanıma sistemlərindən istifadə edə biləcək.

 

Qeyd edək ki, deportasiya rejimi - Rusiyada qanunsuz olan və ya qanunu pozan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq edilir. Onlar üçün bəzi hüquq və azadlıqlar məhdudlaşdırılacaq, həmçinin miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri tətbiq ediləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.