Öcalanla görüş TBMM-də müzakirə edildi
VİDEO

Türkiyədə DEM Partiyasının İmralıda Abdullah Öcalanla görüşdə iştirak edən nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Pərvin Buldan, Əhməd Türk və Sırrı Süreyya Öndərdən ibarət heyət TBMM sədri Numan Qurtulmuşla görüşüb.

 

Görüşdən sonra açıqlama verən Öndər Qurtulmuşu İmralı görüşü barədə məlumatlandırdıqlarını açıqlayıb: “Təkliflərini dinlədik. Ümumi qiymətləndirmə apardıq. Bu görüş cənab Baxçalı (MHP sədri – red.) ilə davam edəcək. Düşünürəm ki, bazar ertəsi Cümhuriyyət Xalq Partiyası, AKP və TBMM-də təmsil olunan bütün partiyaları ziyarət edəcəyik. Nümayəndə heyəti olaraq bütün səfərlərdən sonra geniş açıqlama verəcəyik. Bugünki görüş yaxşı keçdi, ümidliyik”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin DEM Partiyasının millət vəkilləri Sırrı Sürəyya Öndər və Pərvin Buldan İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşüblər. Görüşdən sonra DEM Partiyası Öcalanın fikirlərini açıqlamışdı.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.