Bayden Nyu Orlean və Las Veqasdakı teraktlarla bağlı iclas keçirdi - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Nyu Orlean (Luiziana ştatı) və Las-Veqas (Nevada) şəhərlərində baş verən teraktlarla bağlı iclas keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, ABŞ Prezidenti və vitse-prezident Kamala Harris yanvarın 2-də Milli Təhlükəsizlik komandası ilə “Yeni Orleandakı terror aktının təhqiqatının gedişatını” müzakirə ediblər. Bundan əlavə, Baydenə Las-Veqasdakı "Trump International Hotel"də “Cybertruck” elektrik avtomobilinin partladılması ilə bağlı araşdırmanın son təfərrüatları barədə məlumat verilib.

 

Dövlət başçısı təhqiqatı mümkün qədər tez başa çatdırmaq üçün “komandasına bütün resursları ayırmağa davam etməyi” tapşırıb. Görüşdə ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas, müdafiə naziri Lloyd Ostin, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, ədliyyə katibi – baş prokuror Merrik Qarlend və hazırkı administrasiyanın digər nümayəndələri iştirak ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.