Xəbər verdiyimiz kimi, Türkiyənin DEM Partiyasının millət vəkilləri İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşüblər.
Senzor.az Türkiyə mediasına istinadən xatırladır ki, görüşdə iştirak edən nümayəndə heyətinin əvvəlcə Türkiyə Böyük Millət Məclisində spiker Numan Qurtulmuşla, sonra isə MHP lideri Dövlət Baxçalı ilə görüşləri olub.
Hazırda ictimaiyyəti düşündürən məsələlərdən biri də Öcalanın nə zaman PKK-ya tərk-silah çağırışı edəcəyidir.
Nümayəndə heyətinin üzvlərindən sayılan Əhməd Türk sözügedən məsələyə münasibət bildirib. O qeyd edib ki, Öcalan PKK-ya İmralıya ikinci və ya üçüncü ziyarətdən sonra tərk-silah çağırışı edə bilər.