Britaniyanın raketdən müdafiə sistemində CİDDİ PROBLEM

Böyük Britaniya onilliklər ərzində yüksək səviyyəli raketdən müdafiəni təmin etmək üçün lazımi vəsait ayırmayıb və buna görə də Krallıqdakı hərbi qurğular və xaricdəki Britaniya bazaları potensial düşmənlər üçün asan hədəf ola bilər.

 

Bu barədə “The Sunday Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Britaniyanın müdafiəsində zəifliklər NATO ekspertləri tərəfindən ölkənin döyüş hazırlığının yoxlanılması nəticəsində müəyyən edilib.

 

Bildirilib ki, London nüvə elektrik stansiyaları və hərbi bazalar da daxil olmaqla mühüm infrastrukturu qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə investisiyaları artırmalıdır.

 

Qeyd olunur ki, Böyük Britaniya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin vəziyyəti ilə bağlı öz baxış sənədi üzərində işləyən NATO-nun keçmiş baş katibi Corc Robertsonun rəhbərlik etdiyi beynəlxalq ekspertlər qrupu da Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb. Bu sənədin yazda Böyük Britaniya hökuməti tərəfindən vəziyyəti düzəltmək üçün tövsiyələrlə birlikdə dərc ediləcəyi gözlənilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.