Cənubi Koreya Prezidentini yenə həbs etmək cəhdi olsa... MÜHAFİZƏÇİLƏRƏ ATƏŞ AÇMAQ İCAZƏSİ VERİLDİ
VİDEO

Koreya Respublikasının Prezidenti Yun Sok Yolun mühafizəçilərinə onu həbs etmək cəhdi zamanı odlu silahdan istifadəyə icazə verilib.

 

Bu barədə TASS parlamentdə çoxluq təşkil edən Toburo Demokrat Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

 

Bundan əvvəl yanvarın 3-də Konstitusiya Məhkəməsində Prezidentin vəkilləri və dekabrda Prezidentin hakimiyyətdən kənarlaşdırılmasına səs verən Milli Assambleya (parlament) nümayəndələrinin iştirakı ilə impiçment üzrə ikinci ilkin dinləmə keçirilib.

 

Parlament rəsmiləri məhkəmə qərarına baxmayaraq, hüquq-mühafizə orqanlarının Yun Sok Yolu həbs edə bilmədiklərinə görə üsyanın davam etdiyini söyləyiblər. Yolun vəkilləri israrla bildiriblər ki, dövlət başçısının hərəkətlərinin cinayət xarakterini göstərmək üçün sübutlar “üsyan” ifadəsindən istifadə etməyə imkan vermir.

 

Konstitusiya Məhkəməsi yanvarın 14-də ölkə Prezidenti Yun Sok Yolun impiçmenti üzrə məhkəmə prosesində ilk şifahi müzakirə keçirəcək. Hələlik isə...

 

Xatırladaq ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmayıb. Amma dekabrın 14-də hakim partiyanın deputatlarının bir neçəsinin dəstəyi ilə 2-ci cəhddə impiçment baş tutub. Ondan sonra qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Bir neçə yüksək vəzifəli hərbçi saxlanılıb. İstintaq qrupu ifadə vermək üçün 3 dəfə sorğu göndərsə də, Prezident bunlara məhəl qoymayıb. Dekabrın 31-də Seul məhkəməsi Prezident Yun Sok Yol haqqında istintaq qrupunun tələbi ilə həbs orderi verib. Yanvarın 3-də istintaq qrupu Prezidentin iqamətgahına gələrək onu saxlamağa cəhd etsə də, Prezidentin təhlükəsizlik xidmətinin müqaviməti nəticəsində həbs mümkün olmayıb.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.