COVID-19 pandemiyasından beş il sonra Çində insan metapnevmovirusu (HMPV) yayılıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, HMPV qripə bənzər simptomlara səbəb olur. Virus adətən yuxarı tənəffüs sisteminə təsir edir, lakin bəzən aşağı tənəffüs yolu infeksiyalarına da səbəb ola bilər.
Xəstəliyin təxmini inkubasiya müddəti 3-6 gündür.
Hətta virusla bağlı Çinin fövqəladə vəziyyət elan etdiyinə dair iddialar var, lakin məlumat hələ rəsmi şəkildə təsdiq olunmayıb.