Türkiyə Suriyada üzən elektrik stansiyaları quracaq

Qətər və Türkiyə Suriyanı ümumilikdə 800 meqavatt enerji istehsal gücünə malik olan iki üzən elektrik stansiyası ilə təchiz edəcək.

 

Trend xəbər verir ki, bunu Suriyanın Elektrik Enerjisinin Ötürülməsi və Paylanması üzrə Baş İdarəsinin baş direktoru Xalid Əbu Dey bildirib.

 

“Türkiyə və Qətərdən Suriyaya iki üzən elektrik stansiyası gətiriləcək. Onlar 800 meqavatt elektrik enerjisi istehsal edəcəklər. Bu Suriyanın hazırkı ümumi enerji istehsal gücünün yarısına bərabərdir. Bu, vətəndaşların elektrik enerjisi ilə təminatını təxminən 50 faiz artırmağa imkan verəcək”, - deyə qurumun rəhbəri bildirib.

 

Qeyd edək ki, Suriyada uzun illər davam edən münaqişə ilə əlaqədar ölkədə ciddi enerji böhranı yaşanmaqdadır. Ölkənin əksər rayonlarında gün ərzində cəmi 3 saat elektrik verilir. Yeni hökumət iki ay ərzində bu göstəricini gündəlik səkkiz saata çatdırmağı planlaşdırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.