ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
“Reuters“ bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə məlumat verib.
“Prezident bir neçə dəqiqə əvvəl həmkarı Zelenski ilə telefonla danışıb”, - Ağ Ev rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, telefon danışığı zamanı Bayden həmkarına Vaşinqtonun Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib: “Prezident Bayden bir daha əmin edib ki, ABŞ-ın son üç ildə Ukraynaya göstərdiyi sarsılmaz dəstək davam etdiriləcək”.