Ərdoğan: Terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şərait var
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şəraitin olduğunu açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Diyarbəkir şəhərində çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Türkiyənin terrora birdəfəlik son qoymaq imkanı var: "Bu fürsəti itirməyi düzgün hesab etmirik. Xaricdən dəstək alıb- almamasından asılı olmayaraq heç bir terror təşkilatı Türkiyəyə müqavimət göstərə bilməz".

Qeyd edək ki, bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatına qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib.

 

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yerləşən PKK yaraqlılarına ultimatum verib. Onun sözlərinə görə, rəsmi Ankara PKK təmsilçilərindən silahlarını yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.