Hakan Fidan: Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir
VİDEO

Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir.

 

Senzor.az “Anadolu” agentliyinə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, üç ölkə PKK və İŞİD terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır.

 

“İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır”, - H.Fidan əlavə edib.

 

O, həmçinin söyləyib ki, İraqla Suriyanın yeni hakimiyyəti arasında əlaqələr gücləndirilməlidir: “Türkiyə olaraq bunun üçün öhdəmizə düşəni edəcəyik”.

 

Türkiyəli nazir Qəzzadakı vəziyyət barədə də danışıb: “Atəşkəsin davamlı olmasını arzu edirik”.

 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri İraqda səfərdədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.