Volodin: Putinə qarşı sui-qəsd birbaşa nüvə müharibəsinin başlanması deməkdir

"Rusiya lideri Vladimir Putinə qarşı sui-qəsd hazırlamaq nüvə müharibəsinin başlanmasına aparan birbaşa yoldur".

 

Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında deyib.

 

Siyasətçi Putinə qarşı sui-qəsdin hazırlanmasını və belə bir ehtimalın müzakirəsini qlobal təhlükəsizliyə ciddi təhdid və nüvə müharibəsinin başlanmasına birbaşa yol açan cinayət adlandırıb. Volodin vurğulayıb ki, bu, bütün beynəlxalq institutlar üçün araşdırmaya əsas olmalıdır.

 

Dövlət Dumasının sədri qeyd edib ki, bütün vətəndaşlar Rusiyanın hazırda üzləşdiyi çağırışların və təhdidlərin miqyasını anlamalı və öz məsuliyyətlərini dərk etməlidirlər.

 

Volodin bildirib ki, Prezident Rusiyanın möhkəmlənməsi, sülhün əldə olunması və qlobal təhlükəsizlik məsələlərinin həlli üçün hər şeyi edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.