Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq

Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada təşkil edilən Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransında deyib.

 

O bildirib ki, Asiya və Avropa qitələri arasında ən etibarlı, ən sürətli və iqtisadi marşrut Mərkəzi Asiya-Xəzər Dənizi-Cənubi Qafqaz və Türkiyə xəttidir, bununla belə, regionda enerji böhranı, qeyri-qanuni miqrasiya, terror və radikallıq kimi problemlər var.

 

"Belə bir geosiyasi mühitdə türk dünyası içərisində həmrəyliyə ehtiyac var. Türk Dövlətləri Təşkilatı bu yöndə əhəmiyyətini getdikcə artırır. Keçən il əvvəl Şuşada, sonra Bişkekdə (Qırğızıstanın paytaxtı) keçirilən sammitlərdə mühüm qərarlar aldıq. Bu il də iki mühüm sammitimiz var. Qeyri-rəsmi zirvə - Macarıstanda, 12-ci rəsmi zirvə görüşü isə qardaş Azərbaycanda həyata keçiriləcək", - deyə o bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.