Avropa liderləri Trampla onlayn görüşdə Putin üçün
5 ŞƏRT İRƏLİ SÜRDÜLƏR

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə görüşdən əvvəl Avropa ölkələrinin liderləri ilə birgə videokonfransda iştirak edib.

 

Senzor.az bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski onlayn müzakirələrdə iştirak etmək üçün Berlinə səfərə gəlib. Almaniya Kansleri Fridrix Merts və Volodimir Zelenski ikitərəfli görüşdən sonra videokonfransda iştirak ediblər.

 

KİV-lərin yaydığı məlumatlara görə, görüşdə avropalı liderlər Putin üçün beş şərt irəli sürüblər.

 

Həmin şərtlər aşağıdakılardır: 

 

-Növbəti mərhələdə keçiriləcək bütün danışıqlarda Ukraynanın da iştirak etməli olması;

 

-Danışıqların başlanğıc nöqtəsi kimi dərhal atəşkəsin təmin olunması;

 

-Ərazi məsələləri üzrə müzakirələrin yalnız mövcud “təmas xətti” əsasında aparılması;

 

-Rusiya tərəfindən həyata keçirilmiş hər hansı hərbi ilhaqın beynəlxalq-hüquqi baxımdan tanınmaması;

 

-Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri verilməsi və Qərbin uzunmüddətli hərbi yardımının təmin olunması, eləcə də bütün prosesin Trans-Atlantik çərçivədə vahid strategiyanın tərkib hissəsi olması, irəliləyiş əldə edilmədiyi halda Rusiyaya qarşı təzyiqlərin artırılması.

 

Fridrix Merts görüşlə bağlı açıqlamasında bu mövqenin ABŞ Prezidenti Tramp tərəfindən böyük ölçüdə dəstəkləndiyini və məqsədin avqustun 15-də Alyaskada keçiriləcək Tramp–Putin görüşündə sülh istiqamətində konkret nəticələr əldə etmək olduğunu bildirib.

 

Ukraynada sülh üçün ümid olduğunu vurğulayan Almaniya Kansleri deyib ki, əgər Alyaskadakı görüşdə Rusiyanın mövqeyində dəyişiklik baş verməsə, ABŞ və Avropa təzyiqi artırmalıdırlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.