
Gürcüstan-Azərbaycan sərhədində “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasından sonra Türkiyədə eyni tipli bütün təyyarələrin uçuşları müvəqqəti olaraq dayandırılıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “C-130” tipli hərbi nəqliyyat təyyarələrinin uçuşları 12 noyabrdan etibarən dayandırılıb.