Keçmiş mətbuat katibi Zelenskini istefaya çağırdı

“Ukrayna Prezidenti Volodimir Zelenski həqiqətən sülh istəyirsə, bunun üçün konkret addımlar atmalıdır”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna liderinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.

 

“Zelenski sülh istədiyini bəyan etsə də, buna nail olmaq üçün ata biləcəyi addımlar barədə danışmır. İlk növbədə, 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə danışıqları qadağan edən fərman ləğv edilməlidir. İkinci addım kimi, Zelenski prezident seçkilərinin keçirilməsi üçün zəruri qanunvericilik dəyişikliklərini başlada bilər”, - o qeyd edib.

 

Mendel vurğulayıb ki, Ali Rada Ukrayna Prezidentinin tələb etdiyi atəşkəs rejimi tətbiq edilmədən də müvafiq dəyişikliklərə səs verə bilər: “İstefaya getmək və səlahiyyətləri Ali Radanın sədrinə təhvil vermək. Korrupsiya qalmaqalları, Zelenskinin legitimliyi ilə bağlı mübahisələr və cəmiyyətdəki dərin fikir ayrılıqları fonunda bu addım danışıqlara yol aça bilər”.

 

Xatırladaq ki, Yuliya Mendel Prezidentin komandasından 2021-ci ildə ayrılıb. O, getməsinin səbəbini səhhətindəki problemlərlə əlaqələndirmişdi, lakin Kiyevdə şayiələr yayılmışdı ki, Mendelin komandanı tərk etməsi ərini mətbuat katibinə qısqanan Ukraynanın birinci xanımı Yelena Zelenskayanın tələbi ilə reallaşıb. O vaxtdan Y.Mendelin ABŞ-da yaşadığı və Zelenskini müntəzəm olaraq tənqid etdiyi, Rusiya ilə danışıqlara getməyə çağırdığı bildirilir. Məlumatlarda o da qeyd olunur ki, Prezidentin keçmiş mətbuat katibi əsasən sosial mediada görünür və oliqarx Rinat Axmetova məxsus media platformalarında köşə yazarı və müxtəlif proqramların aparıcısı kimi çıxış edir. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.