Ceyhun Bayramov BMT-də Azərbaycanın regional rolundan danışdı
FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Qlobal İnkişaf Təşəbbüsünün 5-ci ildönümü münasibətilə keçirilən yüksəksəviyyəli görüşdə çıxış edib.

 

Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

 

Nazir çıxışında Çinin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olmaq üçün bu mühüm təşəbbüsü irəli sürməsini yüksək qiymətləndirib.

 

Ceyhun Bayramov Prezident İlham Əliyevin Pekinə tarixi dövlət səfərindən sonra Azərbaycan və Çin arasında qurulan hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Nazir Çinin suveren bərabərlik, BMT Nizamnaməsinə hörmət və beynəlxalq hüququn aliliyi prinsiplərinə əsaslanan beynəlxalq sistemin islahatı ilə bağlı mövqeyini alqışlayıb.

 

O, Çin və Avropa arasında təhlükəsiz ticarət əlaqələrinin inkişafı baxımından Orta Dəhlizin davamlı şəkildə modernləşdirilməsində Azərbaycanın etibarlı regional tranzit mərkəzi kimi praktiki rolunu diqqətə çatdırıb. Bildirib ki, bu, ticarət xərclərinin birbaşa azalmasına və inkişaf etməkdə olan ölkələrin bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir.

 

Ceyhun Bayramov Azərbaycanın "Cənub-Cənub" formatında həmrəyliyini gücləndirmək və heç bir inkişaf etməkdə olan ölkənin geridə qalmamasını təmin etmək üçün praktik alətlər, texnologiyalar və resursları bölüşmək üçün effektiv əməkdaşlıq mexanizmlərinin tətbiqi öhdəliyini bir daha təsdiqləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.