
Moldovada enerji və hidroloji sektorlarda 60 günlük fövqəladə vəziyyət elan edilib.
MOLDPRES-in məlumatına görə, qərar parlament tərəfindən elektrik enerjisi və yanacağın təchizatında fasilələr, qazın qiymətinin artımı, Dnestr və Prut çaylarında suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi təhlükəsi fonunda qəbul edilib.
Fövqəladə vəziyyət dövründə böhranların idarə edilməsi üzrə milli komissiya ölkənin enerji resursları və su ilə fasiləsiz təchizatını təminatı üçün mövcud standartlardan kənara çıxan qərar qəbul edə biləcək.
Xüsusilə, hakimiyyət orqanları qiymətləri və tarifləri, aksiz vergilərini və digər ödənişləri tənzimləyə, yanacaq idxalına üstünlük verə və enerji istehlakını məhdudlaşdıra biləcək.
Bundan əlavə, komissiya su ehtiyatlarından istifadəyə üstünlük vermək, nasos avadanlıqlarını səfərbər etmək və su təchizatını təmin etmək üçün muxtar enerji mənbələrini yerləşdirmək üçün tədbirlər görə biləcək.
Hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan parlament üzvləri fövqəladə vəziyyətin elan edilməsinin lehinə, parlamentin 20 üzvü isə sənədin əleyhinə səs verib.
"Report" bildirir ki, qərar 26 sentyabrda qüvvəyə minib.