Bakıda kanatla da sərnişindaşıma xidməti olacaq – VİDEO

Bakıda kanat yolu ilə də sərnişindaşıma xidməti göstəriləcək.

 

“Xəzər TV”  xatırladır ki, Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamların ləğv edilməsi haqqında” Fərmanında dəyişiklik edib.

 

Sənədə əsasən, “Bakı Metropoliteni” sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də, layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.

 

Ekspert Anar Abbasov bildirib ki, ölkəmizdə artıq kanat yolu təcrübəsi var, Bakıda planlaşdırılan kanat yolu isə bir sıra üstünlüklərə malik olacaq.

 

Mütəxəssisin sözlərinə görə, kanatın qiymətləri ictimai nəqliyyatın qiymətlərindən kəskin fərqlənməyəcək.

 

“Bakı Metropoliteni” QSC-dən isə bildirilib ki, qurumun sərnişindaşımada kanat yolları ilə bağlı göstərəcəyi xidmətlərlə əlaqədar ictimaiyyətə yaxın günlərdə ətraflı açıqlama veriləcək.

 

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.