
İndoneziyanın şərqində yerləşən Molukk adalarında 7,2 maqnitudalı zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi (BMKG) məlumat yayıb.
Sunami təhlükəsi elan edilməyib.
Zəlzələnin episentri Cənub-Qərbi Maluku dairəsindən 43 kilometr şimal-qərbdə, ocağı isə 125 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin fəsadlarının miqyası hələlik məlum deyil.