Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik"

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Baş nazir Nikol Paşinyan İrəvanda keçirilən "Digitec" yüksək texnologiyalar forumunda "Nvidia" şirkətinin vitse-prezidenti Rev Lebaredyanın da iştirak etdiyi müzakirələr zamanı məlumat verib.

 

"Sabah biz layihəsinin rəsmi olaraq işə salınması barədə bəyanat verəcəyik", - deyə hökumət başçısı vurğulayıb.

 

N.Paşinyan onu da qeyd edib ki, elektrik enerjisinin tranziti bu təşəbbüsün mühüm tərkib hissələrindən biridir. Ermənistan öz enerji sistemlərini Azərbaycan və Türkiyə şəbəkələri ilə əlaqələndirmək niyyətindədir.

 

Bundan əvvəl ABŞ-ın AECOM şirkəti Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryana və dövlət idarəetmə orqanlarının nümayəndələrinə TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini təqdim etmişdi.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.