
Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru isə yağışın yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimal olunur, mülayim şimal-qərb küləyi əsəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 10–13, gündüz 15–18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm-ə yüksələcək, nisbi rütubət isə 70–75 faiz təşkil edəcək.
Azərbaycanın bölgələrində, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6–11, gündüz 14–18, dağlarda isə gecə 3–8, gündüz 8–13 dərəcə isti olacaq.