İran Prezidenti Türkmənistana gedəcək

İran Prezidenti Məsud Pezeşkian yaxın günlərdə Türkmənistana səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

 

“İran Prezidenti səfər çərçivəsində iki önəmli konfransda iştirak edəcək. Prezidentin iştirak edəcəyi 1-ci konfrans Bioloji Müxtəliflik Haqqında Konvensiyaya üzv dövlətlərin 17-ci konfransıdır.

 

2-ci konfrans isə 8 oktyabrda keçiriləcək MDB-yə üzv dövlətlərin dövlət başçılarının sammitidir. İran Prezidenti MDB-yə üzv dövlətlərin dövlət başçılarının sammitində xüsusi qonaq qismində iştirak edəcək”, - deyə o bildirib.

 

Bəqai onu da vurğulayıb ki, İran Prezidentinin səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi də gözlənilir.

 

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian ötən il dekabr ayında Türkmənistanda səfərdə olub. Səfər çərçivəsində o, Beynəlxalq Sülh və Etimad Konfransında iştirak edib, Türkmənistan rəsmiləri, eləcə konfransda iştirak edən bəzi ölkələrin dövlət başçıları ilə görüşərək ikitərəfli danışıqlar aparıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.