
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
Senzor.az bildirir ki, bu barədə Şuradan məlumat verilib.
İclasda Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
İclasda həmçinin hakimlər barəsində intizam icraatı üzrə işlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bununla yanaşı, Şuranın fəaliyyətinə dair cari məsələlər, o cümlədən Şura üzvlərindən ibarət Etik davranış üzrə Etika Komissiyasının tərkibinin formalaşdırılması məsələsi müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.