
Fransa Silahlı Qüvvələri yeni nüvə raketini sınaqdan keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sınaqlarda Fransa Prezidenti Emmanuel Makron da iştirak edib.
Sınaqlardan kadrları E.Makron öz rəsmi "X" səhifəsində paylaşıb.
Kadrlardan görmək olur ki, Emmanuel Makron raketin buraxılışını Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus freqatın göyərtəsindən izləyir.
"Agence France-Presse"nin məlumatına görə, raket "Le Vigilant" sualtı qayığından döyüş başlığı olmadan buraxılıb.