
İranın xarici işlər naziri Abbas Əraqçi regionda davamlı sülh və sabitliyə nail olmaq üçün xarici qüvvələrin mövcudluğunun sıfıra endirilməli olduğunu bildirib.
Senzor.az-ın məlumatına görə, bu barədə nazir yerli mətbuata açıqlamasında danışıb.
"Region davamlı sülh və sabitliyə nail olmaq üçün xarici qüvvələrin mövcudluğunun sıfıra endiriləcəyi istiqamətdə irəliləməlidir", – A.Əraqçi vurğulayıb.
Diplomat region ölkələrinin əməkdaşlıq və razılaşmalar vasitəsilə təhlükəsizliyin təmin olunması istiqamətində göstərdikləri səyləri də qeyd edib.