İtaliyada etirazlar: YÜZLƏRLƏ İNSAN SAXLANILDI
VİDEO

İtaliyanın paytaxtı Romada keçirilən etiraz aksiyaları şəhərin bəzi ərazilərində polislə toqquşmalara çevrilib. Bir qrup nümayişçi qədim Kolizeyin ərazisinə daxil olmağa cəhd göstərsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onları ərazidən uzaqlaşdırıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şəhərin mərkəzi küçələrində etirazçılar daha aqressiv davranıblar. Polis brend mağazaların yerləşdiyi küçələrə, eləcə də Böyük Sirk (Circus Maximus) və Pyatsa-del-Popolo meydanına aparan yolları mühasirəyə alıb.

 

Nümayişlər, həmçinin Milan, Florensiya, Turin, Bolonya və digər şəhərlərdə də davam edir. Fransa hakimiyyətində olduğu kimi, İtaliya rəhbərliyi də oktyabrın 17-si və 18-də baş verən aksiyalardan sonra təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

 

"Agence France-Presse" (AFP) agentliyinin İtaliya Daxili İşlər Nazirliyinə istinadla verdiyi son məlumata görə, gün ərzində 371 nəfər saxlanılıb ki, onların da 110-u yeniyetmədir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.