
Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 26-da Azərbaycanın bəzi ərazilərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Bəzi magistral yollarda görünüş məsafəsi 500-1000 metrədək azalacaq.