Salyanda evə ildırım düşdü, yanğın baş verdi
VİDEO

Salyan rayonunda fərdi yaşayış evinə ildırım düşüb.

 

Senzor.az bildirir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini Marif Məmmədova məxsus evə ildırım düşüb. Nəticədə evin bir otağı yanıb, evə və məişət əşyalarına ciddi ziyan dəyib.

 

Ev sahibinin sözlərinə görə, hadisə səhər saat 5 radələrində baş verib. Xoşbətlikdən həmin vaxt oyaq olduğundan yanğından vaxtında xəbər tutub.

 

Əraziyə cəlb olunan Salyan Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları alovun digər otaqlara keçməsinin qarşısını alıblar.

 

Hadisə nəticəsində xeyli maddi ziyan dəysə də, yanğının vaxtında aşkarlanması və yanğınsöndürənlərin operativ müdaxiləsi daha böyük fəsadların qarşısını alıb.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.