Möhsün Rzayi ilə Vens arasında görüş olmayacaq – ABBAS ƏRAQÇİ

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin yüksək səviyyəli təhlükəsizlik rəsmisi ilə ABŞ vitse-prezidenti arasında görüş keçiriləcəyi barədə məlumatları təkzib edib.

 

Senzor.az bildirir ki, A. Əraqçi bu barədə IRNA agentliyinə açıqlamasında danışıb.

 

“Bu ehtimallar və mediada yayılan məlumatlar tamamilə əsassızdır. Belə bir görüş planlaşdırılmır”, – nazir deyib.

 

Qeyd edək ki, bundan əvvəl mediada ABŞ vitse-prezidenti Ceyms Devid Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Qətərin paytaxtı Dohada görüşəcəyi iddia olunmuşdu.

 

Həmin məlumatlarda mümkün görüşün ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başladığı müharibəyə son qoymaq üçün diplomatik səylər çərçivəsində keçiriləcəyi bildirilirdi.

 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.