
Ermənistanda “Güclü Ermənistan” partiyasının Stepanavan icmasının rəhbəri postuna namizədi Arsen Qevorqyan istintaq təcridxanasında vəfat edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 46 yaşlı Qevorqyan noyabrın 10-da səhər saatlarında saxlanıldığı penitensiar müəssisədə ürək tutmasından dünyasını dəyişib.
Ermənistan Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan jurnalistlərə ölüm xəbəri ilə bağlı rəsmi məlumatın yaxın zamanda yayılacağını bildirib.
Arsen Qevorqyan oktyabrın 21-də seçicilərin satın alınmasında ittiham olunaraq iki ay müddətinə həbs edilmişdi. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi onun qrup halında seçicilərə rüşvət verməkdə və bu prosesə yardım etməkdə şübhəli bilindiyini açıqlamışdı.