Ramzan Kadırovun oğlu soyadını dəyişdi

Serbiya hakimiyyəti Çeçenistan rəhbəri Ramzan Kadırovun ikinci oğlu Əli Kadırovu ölkə üçün “xüsusi maraq kəsb edən şəxs” hesab edərək ona vətəndaşlıq verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

 

“Əli Kadırov Serbiya pasportunu 2025-ci ilin iyulunda, 18 yaşı olarkən alıb. Sənəd ona xüsusi xidmətlərinə görə Əli Musayev adı ilə verilib. Onun bu adla rəsmiləşdirilmiş məxfi Rusiya pasportu da var. Kiçik Kadırov artıq uzun illərdir şəxsi təyyarələrlə xarici ölkələrə məhz bu pasportla səfər edir.

 

Korrupsiyaya qarşı Mübarizə Fondu Kadırovun oğlunun Serbiya vətəndaşlığından məhrum edilməsi tələbi ilə ölkə hakimiyyətinə müraciət göndərib, həmçinin bu barədə AB hakimiyyət orqanlarını məlumatlandırıb. Son illərdə “xidmətlərinə görə” yüzlərlə Rusiya vətəndaşı Serbiya pasportu alıb. Onların arasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, dövlət şirkətlərinin menecerləri, Putinin ətrafına yaxın şəxslər və müxtəlif səviyyəli Vahid Rusiya Partiyasının üzvləri var”, - məlumatda vurğulanıb.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.