
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsini müzakirə edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Aybək Smadiyarov məlumat verib.
O qeyd edib ki, dövlət başçısı noyabrın 25-26-da Moskvada səfərdə olacaq. Səfər çərçivəsində iki ölkə prezidentinin görüşü keçiriləcək. Görüşdə Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq.
Tokayev süni intellektlə bağlı “AI Journey 2026” adlı beynəlxalq konfransda da iştirak edəcək.