
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub. Senzor.az FHN-in Mətbuat xidmətinə istinadən bildirir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

“Qafqazinfo”nun məlumatına görə, intihara cəhd edənlər bir ailənin üzvləridir. Onlar yaşadıqları binanın sökülməsinə etiraz olaraq binanın damına çıxaraq intihara cəhd ediblər.