Pravoslavlar Bakıda Milad bayramını qeyd edirlər
VİDEO

Bakıda pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.

 

Senzor.az xatırladır ki, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsi günü xristianlıqda ən önəmli günlərdən hesab olunur.

 

İnanclılar Miladda pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirib, bayram ayinləri yerinə yetiriblər.

 

Milad bayramının əsas qayəsi sevgi, sülh, bağışlamaqdır. Milad bayramı münasibətilə təşkil edilən dini mərasimlərdə iştirak yeni dövrün başlanğıcını simvolizə etdiyinə görə xristianlar üçün xüsusi əhəmiyyət daşıyır.

 

Həmin günün şərəfinə süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi düzülür. Süfrəyə düzülən yeməklərin hər birinin dadına baxmaq isə mütləq hesab edilir. Masada canlı alov - şam yanır.

 

Müqəddəs gecənin ən başlıca yeməyi isə buğdadan hazırlanan kutya hesab edilir. Amma kutyanın hazırlanmasında üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir.

Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

 

Yeri gəlmişkən, yanvarın 6-dan 7-nə keçən gecə, Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində Milad bayramı mərasimi başlamazdan əvvəl Bakı yeparxiyasının katibi Arximandrit Aleksi (Nikonorov) jurnalistlərə müsahibəsində deyib: “Milad bayramı ölkəmiz üçün xüsusi bayramdır. Azərbaycan Prezidenti ənənəvi olaraq hər il pravoslav xristianları təbrik edir. O, təbrik məktubunda dinlərarası dialoqun yüksək səviyyəsini, həmçinin bayram ab-havasını xüsusi vurğulayır”.

 

"Azərbaycanın müasir tarixində əlamətdar olan 2023-cü ildə bütün torpaqlarımız işğaldan azad edilib", – deyə arximandrit Aleksi əlavə edib.

 

Rus Pravoslav Kilsəsinin nümayəndəsi vurğulayıb ki, dünyada bayramlarımızı pozmağa çalışan qüvvələr var, Azərbaycanı güclü, iqtisadi və mədəni mənada inkişaf etmiş ölkə kimi görmək onlar üçün xoş deyil. Onun sözlərinə görə, Azərbaycanın güclü və nüfuzlu dövlətə çevrilməsi heç də bir çoxunun ürəyincə deyil: "Azərbaycana müxtəlif hücumlar təşkil edilir, ölkəmiz dinlərarası münasibətlərdə, dövlətlə din arasındakı münasibətlərdə problemin olmasında ittiham olunur. Lakin keçmişdə, həmçinin bir il əvvəl Azərbaycanın dini liderləri ABŞ, Avropa və digər regionların ən mötəbər beynəlxalq platformalarına dəvət olunurdu, orada ölkəmiz haqqında ən tərifli çıxışlar edilirdi, bizdən unikal təcrübəmizi bölüşmək xahiş olunurdu. Amma təəssüflər olsun ki, indi həmin adamlar xüsusi tolerantlıq, sülhsevərlik və dözümlülük ruhu ilə seçilən Azərbaycanı ləkələməyə çalışırlar”.

 

Arximandrit Aleksi vurğulayıb ki, bu çətinliklərə baxmayaraq, Azərbaycan yoluna inamla davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.