
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Birləşmiş Ştatların Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı planının tənqid edilməsi yerlərdəki reallığın başa düşülmədiyini nümayiş etdirir. Onun sözlərinə görə, hər bir sülh planı həm Moskva, həm də Kiyev üçün məqbul olmalıdır.
Senzor.az bildirir ki, vitse-prezidentin "X" sosial şəbəkəsindəki paylaşımında belə deyilir.
"Administrasiyanın üzərində çalışdığı sülh sazişini tənqid edən şəxs ya onu düzgün başa düşmür, ya da bəzi yerlərdəki böhranlı reallıqları düzgün şərh etmir", - deyə o qeyd edib.
Vens vurğulayıb ki, hər hansı potensial plan münaqişənin yenidən başlanması ehtimalını maksimum dərəcədə azaltmalıdır. Onun fikrincə, belə bir illüziya mövcuddur ki, ABŞ tərəfindən pul, silah tədarükünün artırılması və ya daha çox sanksiyaların tətbiq edilməsi Ukraynanın tez bir zamanda qələbəsinə gətirib çıxaracaq.