Pekin BMT-nin Baş katibinə Tokiodan şikayət etdi
XƏBƏRDARLIQ MƏKTUBU

Çin BMT-nin Baş katibi Antonio Quterreşə Yaponiya ilə əlaqələrin gərginləşməsi ilə bağlı məktub göndərib.

 

Bu barədə "Reuters" Çinin BMT-dəki nümayəndəsi Fu Tsunyanın bəyanatına istinadən məlumat yayıb.

 

Fu Tsunya bəyan edib ki, Yaponiyanın Baş naziri Sanae Takaiti Tayvan (Çinin əyaləti) ətrafındakı münaqişənin eskalasiyasının Tokio tərəfindən hərbi cavaba səbəb ola biləcəyini qeyd edərkən beynəlxalq hüququn və diplomatik normaların "ciddi pozuntu"suna yol verib.

 

"Əgər Yaponiya Tayvan boğazındakı vəziyyətə silahlı müdaxilə etməyə cəsarət edərsə, bu təcavüz aktı kimi qiymətləndiriləcək. Çin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün BMT Nizamnaməsi və beynəlxalq hüquqla nəzərdə tutulmuş özünümüdafiə hüququndan qətiyyətlə istifadə edəcək", - o yazıb.

 

S.Takaiti noyabrın əvvəllərində bildirmişdi ki, Tayvan ətrafında vəziyyət Yaponiyanın mövcudluğuna təhlükə yaradan vəziyyətə çevrilə bilər. Lakin Pekin Tayvan məsələsini Çinin daxili işi hesab edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.