
Xəbər verildiyi kimi, dünən səhər saatlarında Banqladeşin paytaxtı Dakkada 5,7 maqnitudalı zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, son məlumata görə, ölənlərin sayı 10-a çatıb, 300-dən çox insan isə yaralanıb.
Yaralılar şəhərin müxtəlif rayonlarındakı xəstəxanalarda müalicə olunurlar.
Bundan əlavə, bir neçə yaşayış binasının uçması halları da qeydə alınıb.