G20 ölkələri qlobal enerji keçidinə rəhbərlik etməlidir - BMT BAŞ KATİBİNİN MÜŞAVİRİ
YENİLƏNİB


Qlobal emissiyaların 80, qalıq yanacaq istehsalının 70 faizindən çoxu G20 ölkələrinin payına düşür.


Bunu BMT Baş katibinin iqlim məsələləri üzrə müşaviri Selvin Hart “COP28-dən sonra: birləşmək, hərəkətə keçmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı yüksək səviyyəli dəyirmi masada bildirib.


O qeyd edib ki, bu ölkələr, eləcə də Beynəlxalq Enerji Agentliyinin (IEA) üzvləri 2050-ci ilə qədər xalis sıfıra nail olmaq üçün qalıq yanacaqları mərhələli şəkildə dayandıracaq qlobal enerji keçidinə rəhbərlik etməlidirlər: “Xalis sıfıra gedən yol bizə aydın yol xəritəsi verib. Yeni kömür şaxtaları, neft quyuları və ya qaz yataqları yoxdur. Bu, həm qalıq yanacaqların hasilatını, həm də istifadəsini azaltmaq deməkdir”.


S.Hart qeyd edib ki, bu cür layihələrin maliyyələşdirilməsinə də diqqət yetirilməlidir. Onun sözlərinə görə, "maliyyə arxitekturasını" düzəltmək üçün birgə ciddi səy göstərilməlidir. Bununla da, inkişaf etməkdə olan ölkələrin sürətlə maliyyə və texnologiyaya çıxış əldə edə bilmələri nəzərdə tutulub: “Ən böyük imkan və potensiala malik olan hər kəsi bu kritik onillikdə nümunə göstərməyə və 1,5°C hədəfinə uyğun olaraq qalıq yanacaqlardan necə imtina etməyi planlaşdırdığınızı açıq şəkildə bildirməyə çağırıram”.

**15:03

Fransanın paytaxtı Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının “COP28-dən sonra: birləşmək, hərəkət etmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı sessiyalar üzrə yüksək səviyyəli dəyirmi masa keçirilir.


Senzor.az bu barədə Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir.


Dəyirmi masada Azərbaycanı COP29 üzrə danışıqların baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.


Tədbirdə IEA-nın icraçı direktoru Fatih Birol, COP28-in prezidenti Sultan Əl-Cabir, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, COP21 prezidenti və Fransanın sabiq baş naziri Loran Fabius, Danimarkanın əməkdaşlıq və qlobal iqlim siyasəti naziri Dan Yorqensen, Almaniyanın beynəlxalq iqlim fəaliyyəti üzrə xüsusi diplomatik nümayəndəsi Cennifer Morqan, Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni və BMT baş katibinin iqlim üzrə müşaviri Selvin Hart iştirak edir.


Qeyd edək ki, dəyirmi masa qlobal temperaturun 1.5°C-dən yuxarı qalxmasının qarşısının alınmasına yönəlmiş COP28-də əldə edilmiş əsas enerji və iqlim öhdəliklərinin icrasını müzakirə etmək üçün keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.