Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb.
Senzor.az Goranboy Rayon Prokurorluğuna istinadən bildirir ki, azyaşlı - 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy Rayon Polis şöbəsində araşdırma aparılıb.
İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.
Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İkram Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam etdirilir.