Yasamal rayonunda mənzildə 59 yaşlı kişinin meyiti tapılıb.
Senzor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Talıbov Telman Yaqub oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.